MƏRKƏZİMİZ HAQQINDA

“Astoria Baku” Fitnes & SPA Mərkəzi 2006-cı ildən müasirlik, peşəkarlıq və keyfiyyəti əsas hədəf edərək xidmət sahəsində olan yenilikləri çox yüksək şəkildə tətbiq edərək, operativliyi, dəqiqliyi, səmimiliyi özünün əsas iş meyarı etmişdir.

Sağlam həyat tərzi geniş bir anlayışdır. O, idman fəallığı və fiziki məşqlərlə yanaşı relaksasiyanı da nəzərdə tutur. Bu, fiziki və emosional vəziyyətləri baxımından olduqca vacibdir. Bu amilləri özündə birləşdirən mərkəzimiz ən müasir tələblərə uyğun olaraq fəaliyyət göstərir. Burada lazımi abhavanı yaratmaq üçün bir çox xırdalıqlar nəzərə alınıb. “Astoria Bakı” Fitnes və SPA Mərkəzini seçməklə sağlamlığınıza fikir vermiş olursunuz. Mərkəzimiz qrup və şəxsi fitnes-proqramlarının geniş seçimi, yüksək keyfiyyətli xidməti və xoş ab-havası ilə tanınır.

Haqqımızda

Müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zallarımız ətraflı düşünülmüş interyeri ilə seçilir, gigiyena qaydalarına ciddi şəkildə riayət edilir. Mərkəzimizdə, sağlam həyat tərzinə üstünlük verənlərə, fiziki məşqlərlə məşğul olmaqla yanaşı, istirahət edib müxtəlif dünyanın aparıcı şirkətləri tərəfindən istehsal olunan idman qidaları, fito-çaylar və təzə sıxılmış şirələr təqdim olunur. Üzgüçülüklə məşğul olmaq istəyənlər üçün də hər bir şərait yaradılmışdır. Ən tələbkar zövqləri qane edəcək geniş və rahat hovuzumuz daima sərəncamınızdadır. Hovuzların suyu müntəzəm olaraq təmizlənir və dezinfeksiya edilir. Mərkəzimiz sağlamlığın qeydinə qalanlar üçün mükəmməl bir yerdir.

Komandamız

“Astoria Baku” Fitnes və SPA Mərkəzinin komandası yüksək səviyyədə ünsiyyətcil, xoş, gülərüz işçi heyəti, müxtəlif idman məktəblərini bitirmiş, həmçinin beynəlxalq yarışlarda yüksək nailiyyətləri ilə seçilən peşəkar  mütəxəssislərdən ibarətdir.

 

Niyə məhz biz?!

  • Qadın bölməsinin tamamilə ayrı olması
  • Hər bir müştəri ilə fərdi və qrup şəklində məşqlərin təşkili
  • Yüksək keyfiyyətli və yeni avadanlıqların mövcudluğu
  • Müxtəlif xidmət sahələri üzrə əhəmiyyətli təcrübə
  • Müştərilər üçün nəzərdə tutulmuş kampaniya və güzəştlər
  • Mütəxəssislərimizin yüksək peşəkarlığı

Bizim hədəfimiz
Bizim hədəfimiz müşərilərimizə yüksək səviyyədə xidmət göstərmək, hər kəs tərəfindən sevilmək və rəğbətlə qarşılanmaq, eyni zamanda da gündən-günə inkişaf etməkdir.
VİP otaqlar
Kompleksimizdə seçilməyi sevən müştərilərimiz üçün VİP otaqlar da fəaliyyət göstərir.

 

Şərtlər

  • Sakitliyə, təmizliyə, həmçinin “Astoria Bakı” Fitnes & SPA Mərkəzinin daxili qayda-qanunlarına riayət edilməlidir.
  • Qeydiyyat zamanı sağlamlıq haqqında arayış təqdim olunmalıdır. Əks təqdirdə müəssisə müştərinin sağlamlığı ilə bağlı məsuliyyət daşımır.
  • Hər bir müştəriyə istifadə üçün 1 ədəd böyük, 1 ədəd balaca dəsmal verilir. Əlavə dəsmal və xalat ödənişlidir. Dəsmal və xalat çıxarkən təhvil verilməlidir.
  • Qiymətli əşyalarınızı və pullarınızı qeydiyyat bölməsində seyfdə saxlayın, əks təqdirdə itən əşyalara görə “Astoria Bakı” Fitness & SPA Mərkəzi məsuliyyət daşımır.
  • Siqaret çəkmək, sərxoş vəziyyətdə mərkəzə daxil olmaq, mərkəzin avadanlıqları ilə kobud rəftar etmək, digər müştəriləri narahat edəcək hərəkətlərə yol verilməməlidir.
  • Mərkəzin təqsiri üzündən öhdəliklərini yerinə yetirə bilməməsi halları istisna olmaqla, digər hallarda alınan xidmət və ya xidmətlər geri qaytarılmır.

SERTİFİKATLARIMIZ